Azərbaycanda idmançıların dopinqdən istifadə edilməsini aşkar etmək məqsədi ilə müstəqil Milli Antidopinq Agentliyi yaradılır.
“Report”un xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu qurum beynəlxaq idman təşkilatlarının tələbinə əsasən yaradılacaq: “Yaradılacaq Milli Antidopinq Agentliyinə idmançılarda dopinqin aşkar edilməsi, onun mexanizmi, tibbi müayinələrin aparılması, testlərin tətbiq edilməsi, idmançıların dopinqdən istifadə ilə bağlı şikayətləri ilə bağlı məsələlər öz əksini tapacaq”.
O deyib ki, hətta Milli Antidopinq Agentliyinin tərkibində apellyasiya şuralarının, arbitrajın yaradılması da nəzərdə tutulur.
A.Rəhimov bildirib ki, hazırda nazirliyin tərkibində belə bir qurum fəaliyyət göstərsə də, o beynəlxalq anti-dopinq təşkilatları tərəfindən tanınmır.
Check Also
Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı
Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
