Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Dövlət Statistika Komitəsi ilə BMT-nin İqtisadi və Sosial Komissiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) arasında dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin həyata keçirilməsi məqsədilə milli strategiya və bu günədək əldə olunan nailiyyətlər müzakirə edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr komitənin sədri Tahir Budaqovun oktyabrın 24-də BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının baş katibinin müavini Honqju Ham ilə görüşündə aparılıb.

Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlardan danışıb. Komitə sədri Azərbaycanda iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycanın mövqeyini qeyd edən Tahir Budaqov bununla yanaşı ölkədə dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən tədbirlər və qarşıdakı vəzifələr barədə məlumat verib. O, Prezident İlham Əliyevin 6 oktyabr 2016-ci il tarixli Fərmanı ilə dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində icrasının təmin edilməsi və bu sahədə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını bildirib.

Bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin struktur bölmələri olan UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), UNICEF (BMT-nin Uşaq Fondu, UNESCO, Dünya Bankı kimi qurumlarla səmərəli əlaqələrinə toxunan Tahir Budaqov qeyd edib ki, Dövlət Statistika Komitəsi ilə UNESCAP arasında statistikanın müxtəlif sahələri üzrə əməkdaşlıq mövcuddur. Komitənin mütəxəssisləri Komissiya tərəfindən yaradılan beynəlxalq ekspert qruplarının fəaliyyətində və təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirak edirlər.

Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən də bəhs olunub. Bu il sentyabrın 12-16-da Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin (xarici audit) ilkin mərhələsinin nəticələri də diqqətə çatdırılıb.

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının baş katibinin müavini Honqju Ham bildirib ki, Azərbaycanın da üzv olduğu təşkilatın əsas məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqi, nəticələrə yönəlmiş layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələrinin UNESCAP tərəfindən təşkil edilən tədbirlərdə və beynəlxalq ekspert qruplarında səmərəli fəaliyyətini önə çəkib.

H.Ham qlobal məqsədlərin Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilməsi yolunda, dayanıqlı inkişafın təmin edilməsində hökumətin həyata keçirdiyi tədbirləri, o cümlədən Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını yüksək qiymətləndirib.

Görüşdə Dövlət Statistika Komitəsi və BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir