Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Tovuzda dağlıq ərazidə yanğın başlayıb

Tovuz rayonunun Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

Boyukmillet.com xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 2 ha sahədə kol-kos yanır.

Yanğının başvermə səbəbləri araşdırılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …