Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Milli Məclis sədrinin müavini Ukraynaya səfərə gedir

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun 24-də ölkənin paytaxtı Kiyev şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirlərdə müxtəlif ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edəcəklər.

Səfər avqustun 25-də başa çatacaq.

Check Also

Tramp Harrisi faşist adlandırıb

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp siyasətdən də danışan vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə …