Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Azərbaycanda informasiya açıqlığına görə geriləyən dövlət qurumlarının siyahısı müəyyən edilib

Azərbaycanda informasiya açıqlığına görə, geriləyən dövlət qurumlarının siyahısı müəyyən edilib. 

“Report”un məlumatına görə, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin dövlət qurumlarının onlayn şəffaflıq reytinqində geriləyən mərkəzi icra orqanları sırasında “Bakı Metropoliteni” (49, 4%), Milli Elmlər Akademiyası (49%), Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (45,4%), İnsan Hüquqları üzrə Müvəkkili (43,3%), Müdafiə Nazirliyi (42,5%), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (41,5%), Dövlət Sərhəd Xidməti (41%), Xüsusi Dövlət Mühafizə Xidməti (35,8%), Dövlət Təhlükəsizlik Xidməti (32,4%) və “Azərbaycan Hava Yolları” QSC (32,1%) yer alıb.

Monitorinqlərin nəticələrini şərh edən ekspertlər vurğulayıblar ki, informasiya açıqlığına görə, geriləyən qurumların orta informasiya açıqlığı göstəricisi əvvəlki illərlə müqayisədə xeyli artıb. 

Qeyd edək ki, ən aşağı yerləri bölüşdürən 3 mərkəzi icra qurumlarının orta informasiya açıqlığı səviyyəsi təxminən 48%, ən zəif 10 qurumun orta açıqlıq əmsalı isə 41% təşkil edib. Ötən il bu göstəricilər müvafiq olaraq 19% və 26% olub. 

Tədbirdə Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” Mərkəzinin direktoru Osman Gündüz ötən illərlə müqayisədə bu il dövlət qurumlarının internetdə açıqlıq göstəricilərinin artdığını qeyd etsə də, bildirib ki, Azərbaycanda bu sahədə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının ciddi fəaliyyət göstərməsinə ehtiyac var. Mütəxəssis hesab edir ki, hər hansı bir dövlət qurumu informasiya açıqlığına məhdudiyyət qoyduğu üçün Ombudsman Aparatı tərəfindən tədbir görülməli, həmin mərkəzi icra orqanı məhkəməyə verilməlidir: “Dövlət qurumlarına informasiya açıqlığına görə, dövlət nəzarət qurumu olmalıdır”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir