Cümə , 3 May 2024
Drone Cameras

Şabranda 32 yaşlı kişi qardaşını baltalayıb

Şabran rayonunda 32 yaşlı kişi qardaşını baltalayıb.

“Report”un məlumatına görə, hadisəyə səbəb mübahisə olub.

Belə ki, 32 yaşlı Vüsal Əsgərov yaşadığı evdə qardaşı Zəka Əsgərovla mübahisə edib. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı V.Əsgərov qardaşı Z.Əsgərovun baş nahiyəsinə balta ilə zərbə endirib. Ağır xəsarət alan Z.Əsgərov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Z.Əsgərovun vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanılıb. Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə V.Əsgərov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir