Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Hulusi Akar: “Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir”

“Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır”.

Boyukmillet.com -un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətləri fasiləsiz olaraq davam edir: “Məqsədimiz dost və qardaş ölkələrin sülh, təhlükəsizlik və sabitlik içərisində yaşamasına töhfə verməkdir”.

Nazir həmçinin azərbaycanlıların və liviyalıların haqq işində yanında olmağa davam edəcəklərini də vurğulayıb.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …