Bazar , 8 Fevral 2026
Drone Cameras

Azərbaycan qanunlarından “Dağlıq Qarabağ” ifadəsinin çıxarılması təklif edilir

“Böyük qayıdışa dair parlamentin üzərinə düşən mühüm vəzifələr var. Bizim Konstitusiyamızda Dağlıq Qarabağ ifadəsi yoxdur. Ancaq müvafiq qanunlar var ki, orada bu ifadə var. Onların dəyişdirilməsi əhəmiyyətlidir”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, parlament azad edilmiş ərazilərdə xidmət aparan şəxslərin sosial durumuna yenidən baxa bilər: “Xahiş edirəm ki, bu məsələ nəzərə alınsın”.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …