Bazar , 22 Dekabr 2024
Drone Cameras

Azay Quliyev tələbələrin suallarını cavablandırıb

Oktyabrın 26-da Azərbaycan Dillər Universitetinun (ADU) Tələbəbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Diplomatalar klubu Ali Qonaqlar, Elmi Maraqlar” adlı yeni “layihəyə start verdi. Layihənin ilk qonağı ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyev oldu.

“Ali Qonaqlar, Elmi Maraqlar” layihəsnin məqsədi tələbələrin bir çox ictimai-siyasi xadimlərlə, nüfuzlu diplomatlarla görüşünün təşkili, ali təbəqənin bariz nümunəsi olan qonaqlarla müzakirələr aparmaq, həmçinin tələbələrin bu müzakirələrdən analitik nəticələr çıxararaq faydalı məlumatlar əldə etmək şansı qazanmaqdır.

Tələbələrlə görüşdən öncə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyevi salamlaya onu ADU-da görməkdən məmnun olduğunu bildirdi. O, Diplomatlar Klubunun müxtəlif layihələr çərçivəsində universitetə bir çox ölkələrin səfirlərinin, dövlət nümayəndələrinin dəvət olunduğunu bildirdi və tələbələrin bu təşəbbüsünün universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini , o cümlədən dəstəkləndiyini sözlərinə əlavə etdi.

Səmimi qəbula görə təşəkkür edən ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, millət vəkili Azay Quliyev universitetdə olmaqdan məmnun olduğunu dilə gətirdi. O, tələbələrin təşəbbüsünü yüksək qiymətləndirərək onlara hər zaman dəstək olmağın vacibliyini vurğuladı.

Sonra Azay Quliyevin tələbələrlə görüşü olub.

Qonağı tələbələrə təqdim edən ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev gərgin iş qrafikinə baxmayaraq dəvəti qəbul etdiyi üçün qonağa təşəkkür etdi. Tələbələrin bu görüşdən faydalı məlumatlar alacağına əminliyini ifadə edən fakültə dekanı onlara Milli Məclisin deputatı Azay Quliyevin ictimai fəaliyyəti, üzv olduğu beynəlxalq və yerli təşkilatlar haqqında geniş məlumat verdi.

Azay Quliyev tələbələri salamlayaraq universitet rəhbərliyinə, o cümlədən görüşün baş tutmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. O, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrin qurulmasında, bu sahə üzrə kadr potensialının formalaşmasında müstəsna rolunun olduğunu bildirdi.

“Qloballaşmış dünyada ATƏT-in fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən millət vəkili Azərbaycanın çevik və milli maraqlarımızın qorunmasına əsaslanan geosiyasi gedişləri ilə beynəlxalq münasibətlər sistemində özünü təsdiq etdiyini deyib.

Görüş tələbələri maraqlandıran müxtəlif sualların cavablandırılması ilə davam etdirilib.

ATƏT-in sıralarında 3 qitədən 57 dövlətin cəmləşdiyini deyən Azay Q. bu qurumun BMT_dən sonra ikinci böyük təşkilat olduğunu qeyd edib. Azərbaycan təmsilçisinin bu qurumda ali vəzifəyə seçilməsinin cənab prezidentin məqsədyönlü siyasətinin, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinin nəticəsi olduğunu bildirib.

ATƏT-in vitse-prezidenti Azərbaycanın hansısa geosiyasi qütbə inteqrasiyasından daha çox bərabərhüquqlu şəkildə əməkdaşlıq münasibətləri qurduğunu deyib. Cənab prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsində il-ildən dünyada ölkəmizlə yaxından əməkdaşlıq marağının  yüksəldiyini deyən Azay Q. artıq hər kəsin Azərbaycanla  ultimativ dildə danışmağın mümkünsüzlüyün dərk etdiyini  vurğulayıb.

Azay Quliyev QHT-lərin beynəlxalq aləmin önəmli aktorlarına çevrildiyini qeyd edərək gənclərin ölkəmiz üçün faydalı ictimai fəaliyyətini artırmalı olduqlarını bildirib.

ATƏT-in vitse-prezidenti 2007-2013-cü illər ərzində Böyük Britaniya, Ukrayna, Serbiya, Rumıniya, Rusiya, Belarusiya və Gürcüstanda keçirilən seçkilərdə ATƏT PA-nın seçki müşahidə missiyasının üzvü, 2016-cı ildə isə keçmiş Yuqaslaviya Respublikası və Makedoniyada keçiriləcək parlament seçkilərində ATƏT PA- nın seçki müşahidə missiyasının sədri kimi müşahidələrini, təcrübəsini tələbələrlə bölüşüb.

Azay Quliyev Milli Məclisdəki fəaliyyəti haqqında da bəhs edərək, qanun yaradıcılığı prosesi, müəllifi olduğu qanunlar və gələcəkdə müzakirəyə çıxarılması gözlənilən qanun layihələri haqqında danışıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir