NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan ordusunun 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.
Check Also
Paşinyan müxalifəti ölkəni dağıdıcı avantüraya sürükləməyə çalışmaqda ittiham edib
Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifəti ölkəni və xalqı dağıdıcı avantüraya sürükləməyə çalışdığını bildirib. Boyukmillet.com …
Boyukmillet.com Biz yanmasaq vətən yanar