Cümə axşamı , 2 May 2024
Drone Cameras

Aeroport yolunda baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb

“Aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan 16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib”.

Boyukmillet.com xəbər verir ki, bunu “Real TV”yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov deyib.

O qeyd edib ki, yaralılardan ikisi əməliyyat olunub: “Dörd nəfərin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Dörd nəfərin vəziyyəti isə yüngül olduğu üçün amblator müalicəyə göndərilib. Digərləri isə hazırda həkim nəzarətindədir. Bizim xəstəxanaya gətirilənlərdən dünyasını dəyişən olmayıb. Yaralananlardan birinin dalağı zədələndiyi üçün çıxarılıb. Digər bir nəfərdə isə ayaq baldırdan amputasiya olunub. Qalan şəxslərin vəziyyəti orta və kafidir”.

Check Also

Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib

Quba rayonu ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu …