Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib.
Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, MİT Metina məntəqəsində iki əməliyyat gerçəkləşdirib.
Əməliyyat nəticəsində bölgədə təhlükəsizlik qüvvələrinə hücuma hazırlaşan PKK-nın 5 terrorçusu zərərsizləşdirilib.
Qeyd edilir ki, Türkiyə kəşfiyyat xidmətləri İraqın şimalında əməliyyatlarını davam etdirir.
Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını qətlə yetiriblər.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.