Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Müharibə veteranlarına verilən müavinətin 130 manata qaldırılması təklif olunub

Azərbaycanda müharibə veteranlarına verilən müavinətin artırılması təklif edilib.

Boyukmillet.com-un xəbərinə görə, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində müavinət verilir: “Təklif edirəm ki, həmin müavinət 130 manata qaldırılsın”.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …