Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

UEFA maliyyə “feyr-pley”i qaydalarını sərtləşdirəcək

UEFA yaxın vaxtlarda maliyyə “feyr-pley”i qaydalarını sərtləşdirə bilər. 

Boyukmillet.com-un “Bild”ə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu mövcud qaydalar üzərində işləmək niyyətindədir. Buna əsasən qitə klubları futbolçu transferi üçün bütün lazımi məbləği maksimum 3 il ərzində ödəməlidirlər. Nəzərdə tutulan addım qüvvəyə minsə, klubların maliyyə feyr-pleyinin tələblərini yerinə yetirməsi çətinləşəcək. 

Qeyd edək ki, Fransanın PSJ klubu 2017-ci ildə Neymarı İspaniya “Barselona”sından 222 milyon avroya transfer edib. Lakin maliyyə sənədlərində bu məbləğ 5 ilə bölünüb. Beləliklə, UEFA hər il Kataloniya təmsilçisinin xəzinəsinə 44,4 milyon avronun köçürüldüyünü nəzərə alır. 

Azərbaycan klublarından “Keşlə” mailyyə “feyr-pley”i qaydalarını pozduğu üçün 2015-ci ildə cəzalandırılıb

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir