Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

ABŞ Nikolas Maduronun prezidentliyini tanımadığını açıqlayıb

 “ABŞ Venesuelada Nikolas Maduronun prezidentliyini tanımır və bu ölkənin rəhbərliyinə təzyiq etmək üçün bütün tədbirləri görəcək”.

Boyukmillet.com RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

“Birləşmiş Ştatlar Venesuela diktatoru Nikolas Maduronun qanunsuz hakimiyyət iddialarına qarşı çıxır. Onun 2018-ci ilin may ayındakı “seçkilər”ini bütün dünya qeyri-azad, qeyri-dürüst, etimada layiq olmayan sayıb. Biz qanunsuz Maduro rejiminin öz rəhbərlərini azad seçmək haqqını ucadan tələb edən bütün venesuelalıların təhlükəsizliyinə birbaşa cavabdeh olduğunu düşünür və Venesuelada demokratiyanı bərpa etmək üçün ABŞ-ın bütün iqtisadi və diplomatik qüdrətini bundan sonra da işə salacağıq”, – deyə Ağ Ev rəsmisinin yazılı bəyanatında qeyd olunub. 

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir