Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb. SİA-nın jurnalisti sənətçinin səhhətinin hazırda necə olduğunu bilmək üçün ifaçının özü ilə əlaqə yaratdı: “Axşam saatlarında qəfildən halım pisləşdi. Təcili Tibbi Yardım çağırdıq. Dərhal məni xəstəxanaya apardılar. Həkimlər gecə sistem köçürdülər. Bu gün bütün müayinələrdən keçdim. Hazırda özümü yaxşı hiss edirəm. Müalicəmi evdə də davam etdirəcəm. Həkim nəzarətində olacam. Halımın pisləşməsinə səbəb illərin yorğunluğudur. Hazırda xəstəxanadayam. Birazdan xəstəxanadan evə buraxılacam”.
Check Also
Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı
Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
