Cümə , 27 Fevral 2026
Drone Cameras

Maduro ABŞ-a 72 saat vaxt verdi

Venesuela prezidenti Nikolas Maduro amerikalı diplomatların ölkəni tərk etməsinə 72 saat vaxt verib.

boyukmillet.com-un xəbərinə görə, bu barədə Maduro öz “Twitter” səhifəsində yazıb.

“Vətənimizi marionetə və vassal dövlətə çevirməyə çalışan imperialistlərin arsızlığının ən son həddini gördüm və ABŞ-ın bütün səfirlik və konsulluq əməkdaşlarının ölkəni tərk etmələrinə 72 saat vaxt verdim. Venesuelaya sayğı göstərmək lazımdır”, – deyə o bildirib.

Venesuela lideri Vaşinqtonla diplomatik əlaqələri kəsdiyini elan edib. Maduronun belə sərt reaksiyasına səbəb ABŞ prezidenti Donald Trampın Venesuela parlamentinin müxalifətçi sədri Xuan Quaidonu ölkənin yeni lideri olaraq tanıması ilə bağlı verdiyi bəyanat olub.

Qeyd edək ki, müxalifətdən olan siyasətçi Xuan Quaido ötən gün özünü Venesuelanın müvəqqəti prezidenti elan edərək, andiçmədə iştirak edib. O “keçid hökuməti qurmağı və ölkədə ədalətli və dürüst seçkilər keçirməyi planlaşdırdığını” bəyan edib.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir