Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Gəncədə oğul atasını qətlə yetirərək evin həyətində basdırıb

Gəncədə oğul atasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, Məmmədov Məhəmməd polisə müraciət edərək atası, ruhi xəstə olan, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşdüyünü bildirib.

Aparılan araşdırmalar zamanı həmin şəxsin qətlə yetirildiyi və yaşadığı evin həyətində basdırıldığı məlum olub.

Daha sonra həmin şəxsin elə oğlu M.Məmmədov tərəfindən qətlə yetirildiyi bəlli olub. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

Çeçenistanda 25 yaşlı qadının qətli ilə bağlı sarsıdıcı iddialar yayılıb. Kurçaloi kənd sakini Samradi Muzayevin …