Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Moskvada yanğın nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb

Moskvanın mərkəzində yanğının baş verdiyi yerdə daha bir cəsəd aşkarlanıb.

BOYUKMİLLET.COM Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bununla da həlak olanların sayı 7 nəfərə çatıb. Ölənlərdən biri yeniyetmədir.

Hadisə nəticəsində, həmçinin iki nəfərin ağır xəsarətlər aldığı, yaşayış binasının 42 sakininin isə təxliyə olunduğu bildirilir.

Xatırladaq ki, yanğın gecə saatlarında Nikitsk bulvarında yerləşən binada baş verib. Yeddimərtəbəli tarixi binanın dördüncü və beşinci mərtəbələrini bürüyən alov iki min kvadratmetr sahəyə yayılıb. Hadisə yerində yanğınsöndürənlər işləməkdə davam edir. Binanın bütünlüklə dağılması təhlükəsi mövcuddur.

İlkin məlumata əsasən, faciəyə elektrik avadanlıqlarında nasazlığın səbəb olduğu ehtimal edilir. Rusiya İstintaq Komitəsi insidentlə bağlı cinayət işi açıb.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir