Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Alman mediası Merkelin Paşinyanla ilginc erməni mafiyası müzakirələrini təsdiqlədi

Merkellə Paşinyanın qapalı müzakirəsinin ardınca mediaya məlumatlar yayıldı

img

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Paşinyanın Almaniyaya səfəri zamanı kansler A.Merkellə görüşündə xüsusi məsələ kimi bu ölkədə erməni kriminal mafiyasının fəaliyyətinin müzakirə edildiyi barıdə yazmışdıq.

“Boyukmillet.com” Bakldakı Qərb diplomatik mənbələrindən birinə istinadən belə ehtimal etmişdi ki, Merkel erməni mafiyasının fəaliyyəti barədə alman polisinin əlindəki təkzobolunmaz faktları Paşinyanla müzakirə edib. Eyni zamanda, federal kanslerin alman siyasi hakimiyyət strukturkarına sızmağa çalışan erməni mafiyasının Ermənistanın siyasi hakimiyyəti ilə gizli əməkdaşlığından xüsusi narahat olduğunu Paşinyanın diqqətinə çatdırdığını da yazmışdıq. Onu da bildirmişdik ki, diplomatik mənbənin bü ehtimalları təsadüf olmaya bilər. Məsələ burasındadır ki, hələ ötən ilin noyabrında Almaniyanın “Der Şpigel” qəzeti Turingiya federal torpağında erməni kriminal qruplaşmasının izinə düşdüyü və şəbəkə üzvü olan iki erməninin həbs edildiyi barıdə maraqlı xəbər yaymışdı. Alman polisinin hesabatı barədə yerli televiziyada anons verilsə də, ölkədəki erməni mafiyası məhkəmə qaydasında hesabatın efirə tam verilməsini müvəqqəti bloklatmışdı. Göründüyü kimi, Almaniyada erməni mafiyasının siyasi hakimiyyətə təsir imkanları axtarması və onun Ermənistan hakimiyyəti ilə əlaqəli olması kifayət qədər ciddi ehtimaldır və onun Merkel-Paşinyan görüşündə müzakirəsi çox inandlrıcı təsir bağışlayır. İki gün əvvəl isə Aımaniya mediası bu mövzuya yenidən qayıdıb və alman həmkarlarımızın məqaləsindəki bəzi ipucları problemin Merkel-Paşinyan görüşündə müzakirə edildiyi barədə ehtimalları dəfələrlə gücləndirir. “Der Tageşpigel” qəzeti ötən şənbə yazıb ki, Bundestaqın solçu deputatlarının sorğusuna cavab olaraq federal hökumət mafiya ilə əlaqəli olduğu şübhə doğuran 42 şəbəkə üzvü barədə 14 cinayət işinin açıldığını təsdiqləyib. Qəzetin məqaləsində çox uzaqlara gedən nəticələr çıxarmağa əsas olan məqamlar var. Müəllif erməni mafiyasının çirkli pulların yuyulması, quldurluq, zorakılıq, özgə əmlakına qəsd və s. kimi məsələlərdə ittiham olunduğunu yazıb. Qəzet onu da əlavə edib ki, artıq bir nəfər barəsində hökm çıxarılıb və erməni mafiyasının hətta İtaliya mafiyası ilə birləşdiyi də məlumdur. Qəzetin yazdıqları arasında MerkelPaşinyan görüşünə eyham vuran bir məqam xüsusi ilginc mahiyyəti ilə diqqət çəkir. Qəzet yazır:”Ermənistan baş naziri Paşinyanın ölkədə səfərdə olması və Kansler Merkellə görüş keçirməsi səbəbindən sözügedən məsələ ilə bağlı sənədlərin əldə olunması üçün o qədər də əlverişli məqam deyildi…” Kifayət qədər maraqlı və yayğın mülahizədir. Paşinyanın Merkellə görüşməsinin prinsipcə qəzetin polisdən hər hansı sənəd alması ilə bağlılığı olmamalıdır. Merkel öz işini, polis də öz işini görməlidir. Ancaq görünür ki, bağlılıq var. Belə ki, Merkelin Paşinyanla bu mövzunu müzakirə etdiyi günlərdə alman hökuməti mafiya ilə bağlı mətbuatda müzakirələrin rəsmi sənədlər üzərində aparılmasını münasib bilməyib. Alman mediasının sonuncu məlumatı və şərhi Merkelin Paşinyanla görüşündə erməni mafiyasının bu ölkədəki təhlükəli işlərinin müzakirə olunduğunu dolayısı ilə təsdiqlətən məntiqi sübut kimi qəbul oluna bilər. Paşinyançı erməni mediası Paşinyanın Almaniya səfərini və Merkellə görüşməsini guya Ermənistanın Almaniya üçün çox əhəmiyyətli və strateji ölkə olması kontekstindən izah etməyə çalışsa da, həqiqət başqa yerdə imiş. Almaniyanın siyasi hakimiyyətinə sızmağa çalışan erməni mafiyasının Ermənistan hakimiyyəti ilə əməkdaşlıq ehtimalları iki ölkə arasında çox ciddi problemə çevrilə bilər.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir