“ABŞ Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən son görüşləri alqışlayır”.
Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tviterdə yazıb.
“Biz regiona sülh gətirmək üçün birbaşa əlaqələri güclü şəkildə dəstəkləyirik”, – o qeyd edib.