Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Kamran Əliyev iki rayona yeni prokuror təyin edib

Zəngilan rayonuna yeni prokuror təyin edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq, Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

K.Əliyevin digər əmri ilə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq, Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı “Report”a təsdiqləyib.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …