Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

DAK və BDM Xocalı Soyqırımını Çexiyada yad etdi.

Xocalı Soyqırımının 27-ci il dönümü ilə əlaqədar DAK və BDM-in Avropadakı nümayəndəlikləri birgə tədbir keçirib. Bu haqda Boyukmillet.com-a BDM mətbuat xidmətindən məlumat daxil olub. Çexiyanın Texniki Universitetində baş tutan tədbirdə Xocalıda qətlə yetirilən günahsız insanların xatirəsi yad edilərək Beynəlxalq Təşkilatlara müraciət qəbul olunub. Tədbirdə çıxış edən BDM avropa nümayəndəliyinin rəhbəri Azər Kərimov ermənilərin rus 366-cı alayının köməyi ilə Xocalıda həyata keçirdikləri qətliamın XX əsrdə bəşəriyyətə qarşı insanlığa qarşı ən ağır cinayət hadisəsi olduğunu bildirib. Professor çıxışında hələ də dünya içtimaiyyətinin xüsusilə aparıcı dövlətlər tərəfindən törədilmiş soyqırıma həqiqi qiymətin verilməməsini insanlığ adına böyük təəssüf doğurduğunu qeyd edib.  Tədbirdə iştirak edən Texniki Universitetin Professoru,Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin Viste-Prezidenti İvan Meznik çıxış edərək dünya soyqırımları tarixində Xocalı soyqırımını ən dəhşətli hadisə kimi qiymətləndirib. O, bir neçə dəfə Azərbaycanda olduğunu və BDM tərəfindən təşkil olunan tədbirlərdə iştirak etdiyini Quba soyqırım kompleksini və Tər-Tər bölgəsini də ziyarət etdiyini qeyd edib. Daha sonra çıxış edən Professor Andor Paul və Dos. Dr. Tomas Çermad və digərləri Azərbaycan xalqının başına gətirilən soyqırım hadisəsindən danışaraq, dünyada baş verən insanlığ əleyhinə baş verən bu cür hallara qarşı bütün xalqların birlik nümayiş etdirməyə çağırıblar. Tədbirdə Universitetdə təhsil alan azərbaycanlı və digər xarici tələbələr də iştirak etmişlər.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir