Cümə axşamı , 2 May 2024
Drone Cameras

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Oktyabrın 31-də Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə səhər saat 9:00 radələrində Ələt-Astara magistral yolunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəxsiyyəti hələlik müəyyən olunmayan sürücünün idarə etdiyi “KamAZ” markalı ağır tonnajlı yük avtomobili Masallı rayonunun Təzə Alvadı kənd sakini Qeyrət Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir