Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bu ölkədə “Bozqurd” işarəsi qadağan edildi – Antitürk qərar

2018-ci ilin dekabrında parlamentdə qəbul edilən “Simvol qanunu” bu gündən etibarən qüvvəyə minib.

Boyukmillet.com xəbər verir ki, Avstriyada radikalçılıq və siyasi islamla mübarizə tədbirləri çərçivəsində qəbul edilən qanuna görə bir çox simvolların göstərilməsi qadağan olunur. Qadağan olunmuş simvollar içərisində “Bozqurd” işarəsi də var. Qanunvericiliyə əsasən bu soimvolları nümayiş etdirən şəxslər 4 min avro məbləğində cərimələnəcək və ya 1 ay müddətinə azadlıqdan məhrum ediləcəklər. Qanunu ikinci dəfə pozanları isə 10 min avro məbləğində cərimə və ya 6 həftə həbs gözləyir. Türkiyə Xarici İşlər Nazirliyi isə Avstriya Parlamentinin qəbul etdiyi “Simvol qanunu”na sərt reaksiya verib. Nazilik açıqlamasında bunun qəbuledilməz olduğunu və şiddətlə qınadıqlarını bildirib.

(qaynarinfo.az)

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir