Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Cəlilabadın keçmiş icra başçısının məhkəməsi başlayır

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

Boyukmillet.com xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək.

Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Check Also

Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb

Naxçıvanda 11 gün əvvəl qaz partlayışı nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb. “Report”un yerli …