Qırğız Respublikası parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı xüsusi iclası baş tutmayıb.
Boyukmillet.com xəbər verir ki, bunu qanunveriuci orqanın sədri Talant Mamıtov deyib.
Onun sözlərinə görə, parlamentin 90 deputatından yalnız 40-ı qeydiyyatdan keçib. Nəticədə iclasın başlaması üçün yetərsay toplanmayıb.
Məlumata görə, fövqəladə iclasda deputatlar Qırğız Respublikası hərbçilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana göndərdiyi sülhməramlı missiyasında iştirakı məsələsi müzakirə ediləcəkdi.