Bazar , 29 Mart 2026
Drone Cameras

Türkiyə Müdafiə Nazirliyi: S-400-lərin alınması zərurət idi

“Türkiyənin Rusiyadan S-400-lər alması seçim deyil, zərurətdir, Ankaranın prioriteti təhlükəsizlikdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“S-400 hücum və təhdid olmadığı təqdirdə, heç kimə zərər verməyəcək sistemdir. Bizim prioritetimiz 84 milyon insanın, ölkəmizin təhlükəsizliyidir”, – nazir qeyd edib.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …