Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Ərdoğan Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsinin təyin edilməsi barədə sərəncam imzalayıb

Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi rəsmən təsdiqlənib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı sərəncamı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Sərəncama əsasən səfir Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Serdar Kılıç Türkiyənin ABŞ-da səfiri olub. Onun rəsmi Ankaranın Yerevanda xüsusi nümayəndəsi təyin edilməsində məqsəd Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Xüsusi nümayəndələrin ilk görüşü bu ay keçiriləcək.

Check Also

İran 1 200 km uçuş məsafəsinə malik ballistik raketi uğurla sınaqdan keçirib

İran 1 200 km uçuş məsafəsinə malik yeni “Ghassem Basir” ballistik raketini uğurla sınaqdan keçirib. …