Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Bakıda Azərbaycan-Rusiya regionlararası forumu başlayıb

Bakıda sayca 7-ci Azərbaycan-Rusiya regionlararası forumu başlayıb.
“Report” xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin forum iştirakçılarına ünvanlanmış məktubları oxunacaq.
Bundan sonra Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulskinin, Rusiya və Azərbaycan səfirlərinin, Xaçmaz və Nərimanov rayonlarının icra hakimiyyəti başçılarının çıxışı planlaşdırılır.
Forumda dəyirmi masalar çərçivəsində müzakirələr aparılması planlaşdırılır. Müzakirələrdə Rusiya və Azərbaycanın regionlarının turizm imkanları, turizm sahəsindəki layihələri, iki ölkənin sənaye potensialının inkişafı təqdim olunacaq.
Tədbirin sonunda forumun nəticələri üzrə yekun çıxış olacaq.
Xatırladaq ki, 6-cı Azərbaycan-Rusiya regionlararası forumu Yekatrinburqda keçirilib.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir