Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Antalyada yeni Diaspor Təşkilatı təsis edildi.

Türkiyənin Antalya şəhərində Azərbaycan Xalqlar Dostluğu birliyinin yaradılması və Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Bu haqda Boyukmillet.com-a Beynəlxalq Diaspor Mərkəzinin Türkiyədəki koordinatoru Elman Əzizov məlumat verib. Onun bildirdiyinə görə, ilk dəfə idi ki Antalya şəhərində Novruz bayramı bu qədər təntənəli və coşqulu keçirilib. Tədbirdə Hökumət və Qeyri Hökumət qurumlarının nümayəndələri, iş adamları, burada yaşayan və təhsil alan Azərbaycanlılar iştirak edib. Bayram tədbirində çıxış edən, Azərbaycan Xalqlar Dostluğu birliyinin başkanı, hüquqşunas Dr. Lalə Həsənova yeni yaradılan təşkilatın məramı haqqında iştirakçılara məlumat verib. Daha sonra yeni diaspor təşkilatının yaranması münasibətilə Türkiyədən və dünyanın müxtəlif ölkələrindən diaspor tərəfindən ünvanlanan təbriklər oxunub. O cümlədən, Türkiyə Cumhuriyyəti Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun yeni birliyə ünvanlandırdığı təbrik tədbirdə səsləndirilib. Tədbir bayram süfrəsi ətrafında Azərbaycan və Türk musiqi çələngi ilə davam etdirilib.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir