Güclü qar səbəbindən reysləri qəbul etməyən İstanbul hava limanının fəaliyyəti saat 13:00-dan sonra bərpa olunacaq.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Turkish Airlines” şirkətinin baş direktoru Bilal Ekşi məlumat verib.
“Uçuş-eniş zolaqlarının təmizlənməsi istiqamətində fəal işlər aparılır. Saat 13:00-dan sonra hava limanının fəaliyyətini bərpa olunacaq”, – o, tviter səhifəsində yazıb.
Xatırladaq ki, hava şəraitinin pisləşməsi Türkiyənin müxtəlif regionlarında çoxsaylı yol-nəqliyyat hadisələrinə səbəb olub. Meteoroloqlar qarın bir həftə davam edəcəyini açıqlayıblar.