Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Bakıda Türkiyənin Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb

“Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb”.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“O, ilkin izahatında əməlini etiraf edib. Müvafiq araşdırmalar davam etdirilir”, – DİN rəsmisi əlavə edib.

Check Also

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 51 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən  verilən məlumata …