Bakıda avtoxuliqanlıq edən koronavirus xəstəsi saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən 99-RU-039 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil Səbail Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsi tərəfindən müəyyən olunaraq duracağa yerləşdirilib.
Qeyd edilib ki, avtomobil idarə etmək üçün müvafiq hüququ olmayan sürücü Nihad Hüseynov aktiv koronavirus xəstəsidir. O, aidiyyəti üzrə təhvil verilib.
Səbail RPİ-də Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.