“Azərbaycan və Macarıstan strateji tərəfdaşdır”.
Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın iclasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi və ticari münasibətlər təşəkkür tapıb: “Macarıstan Azərbaycana fəal investisiya yatıran ölkələrdən biridir. Əməkdaşlığın bir çox istiqamətləri var. Azərbaycan Macarıstanın obyektiv dost münasibətləri mövcuddur”.
S.Babayev Macarıstan şirkətlərini işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştiraka səsləyib: “Ölkəmiz həmin ərazilərdə bərpa işlərinə çox diqqət göstərir. Bu sahədə əməkdaşlığımız yaxşı təməl yarada bilər. Bu il ərzində çox güman ki, bir çox məcburi köçkün doğma yurdlarına qayıdacaqlar”.