Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Jurnalist Azər Qismət infarkt keçirib

Ötən gün səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva “Report”a bildirib ki, 49 yaşlı jurnalist ürəyindən əməliyyat olunub.

“Azər Qismət özünü narahat hiss etdiyindən Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. O, ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq”, – N.Rəfiyeva deyib.

Check Also

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə …