Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Hande Harmancı: “Azərbaycanda “Omikron”a yoluxma sayında yüksək artım var”

“Dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun “Omikron” ştamına yoluxma sayında yüksək artım müşahidə edilir”.

Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Omikron”a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: “Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər”.

H.Harmancı qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: “Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik”.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …