Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Putin: “Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayır”

“Əsrlərdir Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayır”.

APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin 7-ci Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir.

Məktubu Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.

Məktubda qeyd olunur ki, bu forum inteqrasiya proseslərinin inkişafına və qarşılıqlı maraq kəsb edən əməkdaşlığa təkan verəcək: “Ümid edirəm ki, forumda konstruktiv dialoq aparılacaq və onun gündəliyi iqtisadi əməkdaşlığa, korporativ əlaqələrinin dərinləşməsinə təkan verəcək”.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir