Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

Adil Əliyev ittihamlara cavab verdi: “Vaxtımı bu dələduz şaykasına sərf etmək istəmirdim, ancaq bunlar məcbur edirlər ki, bizi məhkəmələrdə süründür.”  

 


Millət vəkili Adil Əliyev haqqında bir neçə gündür sosial şəbəkədə yayımlanan şikayətlə bağlı ittihamlar səngimir. O cümlədən, dünən Azərbaycan Reallığı səhifəsi canlı yayım edən vətəndaş Məmmədova Xəzəngülün nümayəndəsi Şükürov Ələmşah Nəsir oğlu iddia edir ki, müdafiə etdiyi şəxsin 1000 kvadrat metrlik torpaq sahəsini deputat Adil Əliyev özbaşına qeyri-qanuni yollarla zəbt edərək yerində “Çıraq Palas” adlı şadlıq sarayı tikib. Torpaq sahəsi qanunla Xəzəngül Məmmədovanın adına olsa da, Adil Əliyev bu qanunsuz işi öz deputat statusundan istifadə edərək törətmiş və həmin torpaq sahəsində tikilən tikintinin Korrupsiyaya qarşı baş mübarizə idarəsi tərəfindən tikildiyini bildirmişdir. İndi isə Adil müəllimə sual olunur ki, bu “Çıraq Palas” restoranı nə vaxtdan korrupsiyaya qarşı mübarizə idarəsinin məntəqəsi sayılır? Sözügedən məsələ ilə bağlı millət vəkili Adil Əliyev Boyukmillet.com münasibət bildirib. O qeyd edir ki, “mənim adımı yerli-yersiz hallandırdıqları üçün, şərəf və ləyaqətimə xələl gətirdikləri üçün, inşallah, bunları məhkəməyə verəcəyəm. Səbirimi basıb gözləyirdim ki, bəlkə ağıllanarlar. Görürəm ki, mən səbir etdikcə bunlar üstümə gəlirlər.. bu dəfə yazığım gəlməyəcək. Bunlar Allahdan qorxmurlar, şər və böhtanla məşğuldurlar. Mənim qohumlarım bu işə məhkəmələrdə aydınlıq gətiriblər. Dövlətin qurumları bu işə hüquqi qiymət verib. Bu boyda qərarlardan sonra bu işlə məşğul olmaq ağılsızlıqdan başqa bir şey deyil. Və yaxud dələduzluqdur. Bilə-bilə ki, vətəndaş Xəzəngül Məmmədova bələdiyyəni verib məhkəməyə və uduzub, sən onu yenidən aldadaraq ümidləndirib, pulunu alırsan ki, sənə kömək edəcəm. Vaxtımı bu dələduz şaykasına sərf etmək istəmirdim, ancaq bunlar məcbur edirlər ki, bizi məhkəmələrdə süründür”, – deyə millət vəkili haqqında səsləndirilən ittihamlara cavab verib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir