Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

Qapılarda qalan şəhid ailəsi-Mətanət Əsgərqızı

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı-Sizə iki məzarı olan aprel şəhidi Cabbarxan Hacıağayevdən danışacam. Cabbarxanın adı babalarından yadigar götürülüb. Nənəsi, ulu babası Səttarxanın qızıdır. Atası İlham Hacıağayev 1992-ci ildə Cabbarxan hələ dünyaya gəlməyəndə Lələtəpə uğrunda döyüşlərdə iştirak edib. Tale elə gətirdi ki, Cabbarxan da bu bölgədə hərbi xidmət keçdi. 2016-cı il aprelin 1-də evə dönməli idi.

Məlum döyüşlər başlayanda onu geri göndərmək istəsələr də Cabbarxan əsgərlərimizlə döyüşlərdə iştirak edir. Aprelin 4-ü səhər tezdən evə zəng vurur. Deyir ata ermənini qova-qova gəlmişik. Artıq sənin ala bilmədiyin Lələtəpəni də qaytarmışıq. Bayrağımız elə gözəl dalğalanır ki, adamın ürəyi fərəhlənir… Sən demə telefonla danışıb qurtarandan on dəqiqə sonra düşmənin atdığı mərminin qəlpəsi onun ayağını kəsib və qarnının altını yarıb keçib. Elə həmin dəqiqə də canını tapşırıb. Aprelin beşində Cabbarxanı Xocahəsəndəki kənd qəbristanlığında dəfn edərkən görüblər ki, Cabbarxanın sağ ayağı yoxdu. Onu dəfn edəndən sonra hərbçi yoldaşları onun ayağını taparaq Lələtəpədə dəfn ediblər. Cabbarxan Hacıağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Şəhidimizin çox kasıb və imkansız ailəsi var…Hələ də səkkiz nəfər ailə üzvü bu günə qədər kirayələrdə yaşayır. Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva hər zaman şəhid ailələrinə xüsusi ehtiram göstərir, onların ailələrinin mərtəbələrinin daha yüksək, statuslarının daha önəmli olduğunu vurğulayırlar. Aprel şəhidlərinin çox bir qisminə şəraitlər yaradılıb. Dövlət rəhbərinin fəxr etdiyi ailələr isə bəzən məsuliyyətsiz məmurlar, şəxslər tərəfindən unudulur, və ya onları layiq olduqları haqqları almaqlarına çətinlik yaradırlar. Gözləməyə vadar edirlər. Kirayələrdə 8 nəfər üzvü ilə ağır şəraitdə yaşaya Hacıağayevlər ailəsinin yəqin ki, vətənimizə şərəf gətirən aprel döyüşlərinin 3-cü ildönümündə ev problemi həll olunacaq. Şəhid ailəsinin kirayələrdə qalmaq utancından qurtaracağıq.

Allah şəhidimizə rəhmət eləsin. Sosialxəbər.az saytı olaraq,bizdə inanırıq ki,bu məsələ tezliklə öz həllini tapacaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir