Çərşənbə , 15 Aprel 2026
Drone Cameras

Azərbaycanda elektrik enerjisi istehsalı 12% azalıb

Cari ilin oktyabr ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə “Report”a “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Qurumun verdiyi digər bir məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində isə 18,4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, 2015-ci illə müqayisədə aylıq istehsal 0,2 mlrd. kVt/saat yaxud 11,77% artıb, 10 aylıq istehsal isə 0,2 mlrd. kVt/saat və ya 1,08% azalıb.

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir