Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Çin-Ermənistan yaxınlaşması – Ermənistanın iqtisadi əhəmiyyəti, Rusiyanın forpostu, ya Türkiyə amili…

“Çinin Türkiyəyə təsirləri və bununla bağlı Ermənistanda fəaliyyət planı ola bilər”

img

Regiona səfər edən Çinin xarici işlər naziri Vanq Yi Ermənistanda bir sıra görüşlər keçirib. O, erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşüb. Tərəflər arasında bir sıra sənədlər imzalanıb.

İmzalanan sənədlərdən biri də Ermənistan və Çin arasında viza tələblərinin qarşılıqlı ləğv edilməsi ilə bağlı olub. Belə ki, bundan sonra Ermənistan və Çin vətəndaşları viza almadan bir-birinə səyahət edə biləcəklər. Belə ki, razılaşmaya görə, iki ölkə vətəndaşları səfər zamanı 180 gün vizasız qala bilərlər. Saziş iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Son vaxtlar Çin və Ermənistan arasında müşahidə olunan yaxınlaşma maraq doğurur. Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan Çində işgüzar səfərdə oldu. Tərəflər arasında bir sıra sazişlər imzalandı. İndi də bu proses davam edir.

Maraqlıdır, Çin Ermənistana niyə belə maraq göstərir? Bu, Ermənistanın Çin üçün hansısa geosiyasi, iqtisadi əhəmyyəti ilə bağlıdır? Ola bilərmi ki, Ermənistan Rusiyanın forpostu olduğuna görə onunla belə yaxınlaşma var? Ən nəhayət, sözügedən məsələdə uyğur türkləri ilə bağlı Çinlə Türkiyə arasında olan fikir ayrılığının rolu nə dərəcədədir? O mənada ki, Çin lazım gələndə Ermənistandan Türkiyəyə qarşı istifadə etsin.

  • Məhəmməd Əsədullazadə: “Ermənistanın iqtisadiyyatı olmadığı üçün, bu kimi siyasi reveranslar…”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bütün bunlara bir neçə rakursdan yanaşdı: “Ermənistanla Çin arasında viza rejiminin qaldırılması və yaxud bu ölkə ilə qarşılıqlı səfərlər işğalçı ölkənin inkişafı baxımından heç bir perspektiv vəd etmir. Çünki Ermənistan Rusiyanın həm siyasi, həm də iqtisadi nəzarətindədir. Bundan əlavə, Çinlə Rusiya arasında maraq toqquşması gedir. Rusiya öz forpostunu yeni dünya nizamına iddia edən Çinə güzəştə getməyəcək. Həmçinin, Ermənistanla Çin arasında iqtisadi əməkdaşlıq da mümkün deyil. Ermənistanın iqtisadiyyatı olmadığı üçün, bu kimi siyasi reveranslar, sadəcə, rəsmi Pekinin öz siyasi arealını genişləndirməsinə hesablanıb. Çinin Cənubi Qafqaza ciddi maraq dairəsi var. İlk növbədə bu ölkə Azərbaycanla sıx siyasi-iqtisadi əlaqələrə malikdir. Ona görə də Ermənistanın Çinlə sıx əməkdaşlığında yalnız burada rəsmi İrəvanı qonşularına qarşı istifadə etmək niyyəti var. Çinin Türkiyəyə təsirləri və bununla bağlı Ermənistanda fəaliyyət planı ola bilər. Ancaq Türkiyə elə bir ölkədir ki, Çin gəlib onun qonşuluğunda təzyiq siyasəti yürütsə, bu fiaskoya uğraya bilər. Türkiyənin hazırda Çinə təsir etmək üçün əlində çox güclü rıçaqları var. Hesab edirəm ki, Çinin Ermənistan üzərindən hər hansı planı rəsmi İrəvana qarşı Türkiyənin sərt addımlar atmasına gətirib çıxara bilər. Məsələn, bu, qanunsuz miqrantların Ermənistana göndərilməsinə səbəb olar. Çin “bir kəmər, bir yol” layihəsi çərçivəsində Ermənistanla yalnız imitasiya xarakterli əlaqələr qurur”.

Vidadi ORDAHALLI

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir