Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Məsciddən 1000 manatlıq samovarı oğurlayan şəxs saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Türkelli kəndində yerləşən məsciddən 1000 manat dəyərində mis samovarı oğurlayan əvvəllər eyni əmələ görə məhkum olunmuş 41 yaşlı  Əmirxan Hüseynov saxlanılıb.

Boyukmillet.com “Unikal”a istinadən xəbər verir ki, araşdırmalarla  Ə.Hüseynovun Cəlilabad şəhəri ərazisində yerləşən evlərdən birindən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …