Bazar , 22 Dekabr 2024
Drone Cameras

“Göycə” sözü yalnız Naxçıvan dialektinə aid olan sözdür.

Samir Adigozelli adlı şəxsin şəkli.

Məlum olduğu kimi 01-02 iyun 2019-cu il tarixdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilib.  “Göycə festivalı”nda

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı,  aqrar elmləri doktoru, dosent  Varis Quliyevin maraqlı çıxış edib.

boyukmillet.com həmin çıxışı olduğu kimi təqdim edir:

“Hörmətli tədbir iştirakçıları!

Bu gün Naxçıvan Muxtar Respublikasının zəhmətkeşləri ənənəvi keçirilən “Göycə festivalı”nı böyük coşqu və sevinc hissi ilə qarşılayırlar. Əvvəla qeyd etmək istəyirəm ki, muxtar respublikada ilk “Göycə festivalı” 2016-cı ildə keçirilmişdir. 2017-ci il və 2018-ci ildə, həmçinin bu gün də ənənəvi olaraq “Göycə festivalı”nın keçirilməsi muxtar respublikada meyvəçiliyin inkişafına və bağbanlarımızın əməyinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının parlaq nümunəsidir. Muxtar respublika ərazisində göycə məhsulunun faraş yeyilmə dövrü bölgədə meyvə mövsümünün başlanmasını göstərir. Meyvəçilik muxtar respublikamızda əhalinin əsas məşğulluq sahələrindəndir. Bölgəmizin torpaq-iqlim şəraiti meyvəçiliyin inkişafı və keyfiyyətli məhsul istehsalı üçün olduqca əlverişlidir. Muxtar respublikada aqrar sektorun inkişaf etdirilməsinə dair qəbul edilən qərarlar, həyata keçirilən Dövlət Proqramları kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə məhsul¬larının istehsalının sənaye miqyasında inkişaf etdirilməsinə münbit şərait yaratmışdır. Məlum olduğu kimi, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilmişdir. Daxili bazarın keyfiyyətli məhsullarla təmin olunmasında ailə təsərrüfatlarının özünəməxsus payı var.Samir Adigozelli adlı şəxsin şəkli.

Ailə təsərrüfatlarının fəaliyyətinin genişlən-məsinə, çoxşaxəli olmasına yaxud ayrı-ayrı sahələr üzrə ixtisaslaşmasına dövlət maliyyə dəstəyinin göstərilməsi kənd təsərrüfatının, eyni zamanda meyvəçiliyin də inkişafına zəmin yaratmışdır. Ailə təsərrüfatlarının yaradılması əhalinın məşğulluğunun artırılmasında, maddi-rifah halının yüksəldilməsində, nəticədə məhsul bolluğunun yaradılmasında çox mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun ən gəlirli sahələrindəndir. Hazırda əhalinin bitki mənşəli ərzaqlarla dolğun təminatında müxtəlif meyvə məhsullarının istehsalının yüksəldilməsi aktual problemlərdən biridir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin genişləndiril-məsi istiqamətində 2012-2015 və 2016-2020-ci illəri əhatə edən iki “Dövlət Proqramı” qəbul edilmişdir. Muxtar respublikada meyvəçiliyin inkişafı, əhalinin keyfiyyətli yerli məhsullarla təmin olunmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublika-sında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə ikinci Dövlət Proqramı”həyata keçirilməkdədir. Dövlət Proqramına müvafiq olaraq 2020-ci illədək  müxtar respublikada meyvə istehsalı həcminin 62 min tona, üzüm istehsalını isə 30 min tona çatdırılması nəzərdə tutulmuşdur. Dövlət Proqramı çərçivəsində görülmüş işlərin nəticəsidir ki, 2018-vi ldə muxtar respublikada meyvə bağlarının ümumi sahəsi 5000,3 hektara, ümumi məhsul yığımı 55949 tona çatdırılmışdır. 2019-cu ildə də bu işlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, bu gün keçirilən ənənəvi “Göycə festivalı”na muxtar respublikamızın Naxçıvan şəhərindən, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarından olan 234 fərdi təsərrüfat nümayəndəsi tərəfindən 18 tondan çox göycə meyvəsi və ondan hazırlanmış müxtəlif çeşidli məhsulların münasib qiymətlərlə satışa çıxarılması gözlənilir.Samir Adigozelli adlı şəxsin şəkli.

Qeyd edim ki, aparılan elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, muxtar respublikamızda ayrı-ayrı meyvə sortlarının zəngin genofondu və sort müxtəlifliyi mövcuddur. Belə meyvə sortlarından biri də Naxçıvan göycəsidir. Botaniki araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, muxtar respublika ərazisində Alça cinsinin 4 növü vardır. Bunlara Alça-gavalı, Göyəm, Naxçıvan alçası və Ev alçası növləri daxildir. Təkamül prosesində Naxçıvan göycəsi sortunun xalq seleksiyası yolu ilə Naxçıvan alçası növündən yaradıldığı məlum olmuşdur. Naxçıvan göycəsi sortunun adı becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə müvafiq olaraq adlandırıl-mışdır. Muxtar respublikada yazın ilk yeyilən meyvə sortlarından biridir. Onu da qeyd edək ki, “göycə” sözü yalnız Naxçıvan dialektinə aid olan sözdür. Tarixi mənbələrdə hələ VII əsrə aid səyyahların xatirələrində Naxçıvan göycəsi haqqında məlumatlara rast gəlinir. Muxtar respublikanın əsasən Arazboyu maili düzənlik ərazilərində Naxçıvan göycəsi sortundan ibarət meyvə bağlarının salınması üçün olduqca əlverişli ekoloji-coğrafi mühit mövcuddur. Naxçıvan göycəsi Naxçıvan şəhərində, Babək qəsəbəsində, Qaraçuq, Tumbul, Zeynəddin, Şıxmahmud və digər kəndlərində daha tez ərsəyə gəlir. Bu sort Azərbaycanın digər rayonlarına da sürətlə yayılır. Artıq Azərbaycanın Abşeron, Gəncə-Qazax, İsmayıllı, Quba, Ağcabədi, Göyçay və digər rayonlarında da Naxçıvan göycəsi sortundan ibarət meyvə plantasiyaları salınır. Bu qiymətli meyvə sortunu qorumaq və tanıtmaq işi biz meyvəçilərin öhdəsinə düşür. Naxçıvan göycəsinin meyvələri  özünə-məxsus üstün keyfiyyətlərə malik olduğuna görə iqtisadi səmərəliliyi daha yüksəkdir. Aparılan hesablamalara görə bir hektar meyvə bağından əldə edilən maddi gəlir 35-40 min manat təşkil edir. Bu sortun tam yetişmiş meyvələrindən göycə şirəsi, kompot, göycə qurusu, lavaşa, turşu və başqa məhsulların hazırlanması üçün istifadə edilir. Belə məhsulların sənaye miqyasında istehsalı yüksək maddi gəlir əldə olunması üçün çox əhəmiyyətlidir.

Hörmətli tədbir iştirakçıları! Naxçıvan göycəsinin tanıdılması və “Brend” məhsula çevrilməsi üçün ardıcıl olaraq “Göycə festivalı”nın keçirilməsi muxtar respublika rəhbərlıyinin bölgədə meyvəçiliyin dinamik inkişaf etdirilməsinə, Naxçıvanın qədim bmeyvəçilik ənənələrinin qorunub saxlanıl-masına göstərdiyi diqqət və qayğının parlaq ifadəsidir. Ona görə də muxtar respublikada aqrar sektorun dinamik inkişaf etdirilməsində, meyvəçiliyin genişləndiril-məsində göstərdiyi dəstəyə görə “Göycə festivalı”nın iştirakçıları adından muxtar respublika rəhbərliyinə minnətdarlığımızı bildiririk!

Sağ olun! Bütün festival iştirakçılarına uğurlar arzulayıram”.

Samir Adigozelli adlı şəxsin şəkli.

Samir Adigozelli adlı şəxsin şəkli.

Samir Adigozelli adlı şəxsin şəkli.

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir