Bazar , 22 Dekabr 2024
Drone Cameras

QHT Şurasında vətəndaşların qanunvericilik təşəbbüsü ilə bağlı Qanunun müzakirəsi – FOTOLAR

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları və QHT ekspertləri iştirak edib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev Şura ilə Milli Məclis arasında 2014-cü ildə imzalanan Memoranduma uyğun olaraq “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsinin təşkil olunduğunu bildirib.

Milli Məclisin komitə sədri Əli Hüseynli qanun layihəsi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən QHT ekspertləri qanun layihəsi ilə bağlı fikirlərini bildirib, həmçinin rəy və təkliflərini səsləndiriblər.

Tədbirdə qaldırılan məsələlərə Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid aydınlıq gətirib.

Müzakirələrin davam etdirilməsi ilə bağlı tədbirdə ümumi razılıq əldə olunub.

    

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir