Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb

Rusiya Silahlı Qüvvələrinin tanklarının Ukraynanın paytaxtı Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, partladılan körpülər Kiyevin cənub-şərq girişində yerləşir.

Belə ki, Ukrayna hərbçiləri Varşavskaya şosesi boyunca Hostomeldəki körpünü, həmçinin Novoirpenskaya şosesindəki körpünü və Demidovda İrpen çayı üzərindəki körpünü partladıblar.

Məlumata görə, Ukrayna tərəfi Kiyev yaxınlığındakı aerodromlara 7 təyyarə-desant endirildiyi və onların tanklarla paytaxta tərəf irəliləyəcəyi barədə məlumat alıblar.

Bu səbəbdən də tankların irəliləməsinin qarşısının alınması üçün əsas körpülər partladılıb.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …