Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ukrayna artilleriyası Qostomeldə Rusiyanın hərbi texnikasını məhv edib

Ukraynanın Qostomel şəhərində Rusiyanın yüngül zirehli texnikası, piyadaların döyüş və təchizat maşınları artilleriya zərbələri nəticəsində məhv edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Maryana Bezuqlaya bildirib.

Qostomel aerodromu uğrunda döyüşlər Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin ilk günündən davam edir.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …