Bazar , 7 Dekabr 2025
Drone Cameras

Ukraynada avtomobil raket atəşinə tutulub, bir azərbaycanlı ölüb

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.

Bunu açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.

O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: “Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir”.

A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …