Çərşənbə , 4 Dekabr 2024
Drone Cameras

O, günəş ömrüdü, sönməyəcəkdir

(Poemadan parçalar)

«…Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qədər də sadiq qalacağam. Azərbaycanın dövlət müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır».

Heydər  Əliyev            

QURTULUŞ…

 

Çaylar, göllər, dənizlər yox,

Kükrəyirdi okeanlar.

Azərbaycan yaşayırdı

Fırtınada qorxunc anlar.

 

Dalğaların uğultusu

Yayılmışdı çox ellərə.

Okeanın açar-pultu,

Verilmişdi yad əllərə.

 

                                Qorxu, hədə harayından

Millət yaman bayılmışdı.

Tam günahsız bir məmləkət

Cinayətkar sayılmışdı.

    

                                Yurdumuza gələn bəla

Qəlb ağrıtdı, sinə dəldi.

Anaların ağısından

Göy ağladı, yer kövrəldi.

 

KİMSƏ…

 

Kimsə öz xalqının

harayına yetməliydi.

Zil qaranlıq gecələrdə

Ömrü mayak etməliydi.

Dalğaları yara-yara

Azadlığa getməyibdi.

 

İmperiya buxovunu

Mərd bir oğul qırıb atdı.

Öz xalqının harayına

Ulu öndər Heydər çatdı.

 

Gəldi doğma Bakısına,

Yollar, izlər sökülmüşdü.

Sanki qorxunc zəlzələdən,

Hər şey çölə tökülmüşdü.

 

…Gəldi doğma Bakısına,

Yaşamağa yer istədi —

vermədilər!

Söyləməyə söz istədi —

vermədilər!

Bir şəhəri tikən memar

evsiz qaldı.

Yüz cilidlər yazan yazar

sözsüz qaldı.

Nadanların nadanlığı

Yaman ağır gəldi ona.

Səmaları yarıb gəldi

Ana yurdu Naxçıvana!

 

Onun qəfil gəlişindən,

Yer üzünə ələndi zər.

Peyğəmbərtək qarşılandı

Naxçıvanda Ulu Öndər.

 

Yamancana sarsılmışdı

İnsanların hallarına.

Onlar tezcə dönməliydi

Öz işıqlı yollarına.

 

İmdad gəzən dərdli gözlər

Dikilmişdi gözlərinə.

Öndə görüb xilaskarı

Gəlmişdilər özlərinə.

 

Ən böyük dərd — Naxçıvanı

Etmişdilər yalqız ada.

Yerdən, göydən bu diyarı

Bürümüşdü blokada.

 

Rəhbər kimi yaşamaq da

Naxçıvanda çətin idi.

Ulu Öndər öz işində

Bütöv idi, mətin idi.

 

Dünya artıq nəzərini,

Yönəltmişdi Naxçıvana.

O dahinin iradəsi

Son qoyurdu nahaq qana.

 

Az zamanda el səsini

Gur səslənən səsə qatdı.

Qorxuları, yalanları

Ürəklərdən silib atdı.

 

Bu azadlıq savaşında

Yol yox idi daha geri.

Naxçıvanda məhv olurdu

İmperiya -SSRİ.

 

Dədə Heydər seçimində

Haqq, ədalət yolun seçdi.

Blokada sipərini

Siyasətlə yarıb keçdi.

 

Qardaş əli yetməyirdi

Qardaşına yüz il bəri.

Min ümidlə saldırdı o,

Araz üstə körpüləri.

 

Tanrımızın duasıyla

Neçə bağlı yollar açdı.

Naxçıvanın səmasında

Günəş oldu, işıq saçdı.

 

Bəd xəbərlər yayılırdı,

Gözlənirdi qırğın hər an.

Gizli, aşkar bölünürdü

Neçə yerə Azərbaycan.

 

Sanki, bizə bəs deyildi

Qarabağın qara baxtı.

Bir qardaşın gülləsiylə

Bir qardaşın qanı axdı.

 

Vətənin hər bölgəsində

Yad tonqallar çatılmışdı.

Hərə bir cür düşüb tora

Döyüşlərə qatılmışdı.

 

Bakı coşub hayqırırdı:

-Bunu hamı bilməlidi,

Bu ölkəni yaşatmağa

Yalnız Heydər gəlməlidi!

 

Ulu Öndər gəlməlidi,

Bütün səddi yıxmalıdı.

Azərbaycan xoş günlərə –

Qurtuluşa çıxmalıdı.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir