Diyarbəkir şəhərində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların sayı artıb.
Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin Baş naziri Binəli Yıldırım hadisə nəticəsində 8 nəfərin öldüyünü, 100-dən çox şəxsin yaralandığını deyib.
X X X
11:34
Bu gün Türkiyənin Diyarbəkir şəhərindəki partlayışı PKK terror təşkilatı törədib.
Trend-in məlumatına görə, bu barədə Diyarbəkir valiliyinin açıqlamasında deyilir.
Hadisə nəticəsində xəsarət alanların sayı 50-ni ötüb.
X X X
10:00
Bu gün səhər saatlarında Türkiyənin Diyarbəkir şəhərinin mərkəzində güclü partlayış olub.
Trend-in “Haber 7” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış şəhər Polis İdarəsinin inzibati binasının yaxınlığında baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 30-dan çox şəxs xəsarət alıb.
Bundan əvvəl 6 nəfərin yaralandığı bildirilirdi.
Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə salınması ilə törədildiyi ehtimal edilən partlayışın gücündən yaxınlıqdakı binalar da ciddi zərər görüb.
Partlayışdan sonra atışma olduğu deyilir.